• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 04.12.2015 22:05

Gəncənin mədəniyyət işçiləri Bakının Nardaran qəsəbəsində baş verən hadisələri müzakirə ediblər

Şəhərin Mərkəzi Kitabxanasının oxu zalında keçirilən dəyirmi masada  İslam dininin dəyərlərindən, dövlət din münasibətlərindən və bu istiqamətdə görülən işlərdən, eləcə də qəbul edilən qanunlardan danışılıb. Bu fakt inkaredilməzdir ki, uğurlarımızı həzm edə bilməyən xarici antiazərbaycan qüvvələri ölkəmizdə ictimai-siyasi asayişi pozmaq üçün cəhd göstərsə də bunun qarşısı qətiyyətlə alınır. Mədəniyyət işçiləri bir mənalı olaraq qəsəbədə baş verənləri kəskin şəkildə pisləyib.

Bəxtiyar Muradov Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi – “Bu gün bizim iyirmi faizdən çox torpaqlarımız düşmən tapdağı altındadır. Mənə elə gəlir ki, məhz islam pərdəsi altında Respublikada qarşılıqlıq salmaq yox Qarabağımızı almaq uğrunda düşünməliyik. Mən inanıram ki, möhtərəm cənab prezidentimizin apardığı daxili və xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımız tezliklə azad olunacaqdır”.

Elnur Vahidoğlu