• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1595
— 04.12.2015 16:26

“Gəncə-2016 avropalı gənc yazarların hekayələrində” adlı beynəlxalq layihə yekunlaşıb

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Gəncə-2016  avropalı gənc yazarların hekayələrində” adlı beynəlxalq layihə yekunlaşıb. Layihədə Azərbaycan da daxil olmaqla, 13 ölkədən 35 gənc yazar, jurnalist, bloger və aktiv gənc iştirak edib. Əcnəbi gənclərə Gəncənin 4000 illik tarixi, qədimliyi, zəngin ədəbiyyatı, tarixi haqqında məlumat verilib. Onlar Gəncədə fəaliyyət göstərən muzey və mərkəzləri ziyarət ediblər. Eyni zamanda, Göygöl Milli parkına və Maralgölə ekskursiya ediblər. Layihənin son günü yazarların hekayələri dinlənilib və ən yaxşı 3 hekayə müəllifi mükafatlandırılıb. Birinci yerə İtaliyadan Giada Pieri, ikinci və üçüncü yerlərə isə müvafiq olaraq makedoniyalı Zoria Petkoska və latviyalı Milda Sokolovayt layiq görülüb.

Vəfa Şairova