• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 03.10.2014 17:07

Sabirabadda 77 yaşlı kişini maşın vurub

Sabirabad rayonunda 77 yaşlı rayon sakinini maşın vurub. Zərərçəkən aldığı zərbənin təsirindən hadisə yerindəcə keçinib.  Hadisə Sabirabad rayonu Qalaqayın kəndi ərazisində Hacıqabul-Bəhrəmtəpə avtomagistralının 35-ci kilometrliyində qeydə alınıb. İmişli sakini idarə etdiyi minik avtomobili ilə yolu keçmək istəyən 77 yaşlı rayon sakini Atamoğlan Əmişovu vurub. Zərbənin təsirindən zərərçəkmiş hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə idarəetməni itirərək yoldan kənara çıxıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı BDYPİ-də cinayət işi açılıb, araşdırma aparılır.