• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2954
— 03.10.2014 17:16

Ağdaş və Şəkidə yol qəzaları baş verib: ölən və yaralananlar var

Ağdaşda iki maşının toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. Şəkidə isə yüksək sürətlə idarə olunan LADA VAZ-la toqquşub.

Ağdaş rayonu ərazisində 2 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 256-cı kilometrliyində, Ağdaşın Şıxılı kəndi ərazisində qeydə alınıb. Ağdaşın Şəmsabad kənd sakini, Akif Səfərəliyevin idarə etdiyi “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “Mersedes” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində “Mersedes” tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı “VAZ 2106” –nın sürücüsü Akif Səfərəliyev və sərnişini İlqar Rəhimov hadisə yerində dünyasını dəyişib. “Mersedes”in sürücüsü müxtəlif dərəcəli yanıq xəsarətləri və ağır kəllə-beyin travması ilə ölümcül vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxasının reanimasiya şöbəsinə yerləşdirilib.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

Ötən gün saat 17:00 radələrində Şəkinin Köndələn kəndi ərazisində də 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə zamanı Valeh İbrahimov idarə etdiyi Lada Priora markalı avtomobillə Tofiq Əhmədovun idarə etdiyi VAZ-21104 markalı avtomobil toqquşub. Hadisə nəticəsində Lada Prioroda olan Qax rayon sakinləri Rəşid Nəsibov, Valeh İbrahimov İbrahim və Şahlar Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə cəlb olunmuş TTYS-nın əməkdaşları tərəfindən Şəki MRX-ya çatdırlıb.

İlkin ehtimala görə, qəza avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırmalar aparılır.