• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2918
— 03.10.2014 17:15

Binə qəsəbəsində qanlı hadisə baş verib

Ülgüclə silahlanan naməlum şəxs qəsəbə sakininə hücum edib.

Hadisə qəsəbə ərazisində yerləşən dəmir yol keçidinin yaxınlığında qeydə alınıb. 24 yaşlı Ağasəməd Quliyevin şəxsi münasibətlər zəminində Vüsal adlı şəxslə mübahisəsi düşüb. Yaranan mübahisəni həll etmək üçün tərəflər görüşüblər. Söhbət zamanı da Vüsal qəfldən cibindən ülgüc çıxararaq Ağasəmədin üzünə çəkib və hadisə yerindən uzaqlaşıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

 

 

Hadisə yerinə 2-ci polis bölməsinin əməkdaşları gəliblər. Hazırda polis əməkdaşları Ağasəməd Quliyevin üzünə çapıq atmaqda şübhəli bilinən Vüsal adlı şəxsin axtarışlarını aparır. Zərərçəkən polis tərəfindən dindirilib. Ağasəməd Quliyev polislərə ona xəsarət yetirən adamın yalnız adını bildiyini söyləyib. O, Vüsalla yoldan gedərkən təsadüfən rastlaşdığı və aralarında mübahisə düşdüyünü bildirib. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəyə hüquqi qiymət tibbi ekspertlərin rəyindən sonra veriləcək.