• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 02.12.2015 16:10

Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinin mənzil -məişət şəraitinin yaxşılaşdırılması üçün işlər davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Göygöldə daha 1 ailəni fərdi yaşayış evi ilə təmin edib.

Qələndər Bayramov- ikinci qrup əlil: "Mənim arzum idi. Neçə müddətdir gözləyirdim ki, bu evi versinlər. O da bizə nəsib oldu. Yüksək səviyyədə evlə təmin olunmuşuq. Sevinirəm ki, Yeni ili, Həmrəylik gününü öz evimdə qarşılayacam".

İkinci qrup Qarabağ müharibəsi əlili olan Qələndər Bayramov rayonun fərdi evlə təmin olunan xüsusi imtiyaza malik 44-cü sakinidir. Ailə üzvlərinin sayına görə, inşa edilən ev müasir tələblərə tam cavab verir.

İlqar Rəhimov- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini: "Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, çox intensiv şəkildə, çox yüksək keyfiyyətlə Cənab Prezidentin tapşırığını nazirlik olaraq yerinə yetiririk. Son 15 ildə respublika üzrə 5000 insan ev sahibi olub. Yaxın 3 ildə biz bu proqramı yekunlaşdırmalıyıq".

Göygöl rayonundan qeydiyyatda olan 48 Qarabağ müharibəsi əlilindən 44-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilib. Onlardan 6-sı son iki ildə ev verilənlərdir. Mənzil növbəsində olan 4 nəfərin evlə təminatı isə gələn ilə planlaşdırılıb. Ümumiyyətlə isə bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı şəhər və rayonlarında sözügedən kateqoriyadan olan insanlar üçün 180-ə yaxın mənzil tikilərək, təhvil verilib.

Zülfiyyə Telmanqızı