• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 02.12.2015 15:51

Samuxlular Nardaran hadisələrini pisləyib

Samuxda ictimaiyyət nümayəndələri Nardaran qəsəbəsində baş verən hadisələri müzakirə ediblər. Özünü “Müsəlman Birliyi” adlandıran qondarma qrupun  təxribat əməlləri birmənalı olaraq qəzəblə qarşılanıb. Ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlət-din münasibətlərinə qarşı yönələn pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdləri vətənə xəyanət kimi dəyərləndirilib. Sağlam düşüncəli insanların, görkəmli ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin yaşadığı ölkədə bu cür təxribatların qarşısının vaxtında və qətiyyətlə  alınması üçün tədbirlər yüksək qiymətləndirilib. Samuxda ictimai asayişin və dini sabitliyin qorunub-saxlanıldığı vurğulanıb.

Rəşad Qarayev -Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi: “Nardaran hadisələri ölkəmizin adına yaraşmır. Azərbaycan daim öz iqtisadi göstəriciləri ilə öndə olub. Bu gün əminliklə deyə bilərəm ki, Samuxlular, xüsusi ilə rayonumuzun gəncləri bu cür halları qətiyyətlə pisləyir. Gənclər daim dövlətimizin əhatəsində sıx birləşərək ölkə prezidentinin daxili və xarici siyasətini dəstəkləyir”.

Natiq Hüseyn