• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 01.12.2015 18:01

Şəhid olan əsgər doğulduğu kənddə dəfn edilib

Ötən gün Ermənistan silahlılarının açdığı atəş nəticəsində şəhid olan əsgər Elşən İsmayılov bu gün doğulduğu Tovuz rayonu, Əhmədabad kəndində torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri, hərbçilər, rayon ictimayyətinin nümayəndələri iştirak edib. Ailənin 4-cü övladı olan 19 yaşlı Elşən İsmayılov həm xidmət etdiyi hərbi hissədə, həm də doğulduğu kənddə əsl vətənpərvər kimi tanınıb. Dostları, yaxınları onun hər zaman mərdliyi ilə seçildiyini bildiriblər. Müdafiə Nazirliyinin məlumatına görə, şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala təqdim olunub. Şəhidin 1 ay öncə anası da dünyasını dəyişib.

Rahim İbrahimoğlu