• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 26.11.2015 19:56

Salyan rayonunda yanğın baş verib

Hadisə ötən gecə Salyan şəhər Elçin İmanov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 48 yaşlı Hakim Bağırova məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Yanğın zamanı evdə kimsə olmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan kimi hadisə yerinə dərhal 3 yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq 1 aynabənd və 4 otaqdan ibarət ümumi sahəsi 121 kvadratmetr olan fərdi yaşayış evi içindəki əşyalarla birgə yanaraq kül olub. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova