• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 26.11.2015 19:40

Ölkə yollarında baş verən qəzalar ölüm və xəsarətlərə yol açdı

Paytaxtın Sabunçu rayonu ərazisində 1 nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi baş verib.daha bir yol qəzası isə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi yolunda baş verib.

Gecə saatlarında paytaxtın Sabunçu rayonu ərazisində 1 nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi baş verib. Hadisə Zabrat Pirşağı yolunun Məhəmmədi qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. İlqam Abdiyev ailə üzvləri ilə yolu keçmək istəyərkən Məhəmməd Xəlilov idarə etdiyi “NİVA” markalı avtomobillə onları vurub. Zərbənin təsirindən ailə başçısı olan İlqam Abdiyev elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerində ilkin müayinə aparıldıqdan sonra meyid tibbi ekspertizaya göndərilib. Qəzanı  törədən  sürücü Məhəmməd Xəliliov isə polis idarəsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb araşdırmalar davam etdirilir.

Ötən gün axsam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi yolunda yol nəqliyyat hadisəsi bas verib. Hadisə Quba rayonunun Mirzəmməd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon Mirzəmməd kənd sakini, 22 yaşlı Şıxmurad Baxışovun idarə etdiyi 99 EP 691 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin, 22 yaşlı Məftun Qəribov xəsarət alıb. Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən hər iki şəxsə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəfa Şairova

İlham Məmmədzadə