• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 26.11.2015 19:37

Sərxoş sürücü qadın polislərə çətin anlar yaşatdı

İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu isə fəlakətdir. Ötən gecə Bakı şəhər Dövlət Yol İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı saxlanılan sərxoş qadın sürücü, deyəsən elə son mərhələdə idi.

Xətai rayonunda sərxoş qadın sürücü saxlanılıb. Babək prospekti ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilə yol polis əməkdaşları “saxla!” əmri veriblər. Avtomobil saxlanılan zaman məlum olub ki, sürücü Selcan Cavanşirova və yanında olan sərnişin sərxoş vəziyyətdə olub. Bunu özünü Vəfa kimi təqdim edən sərnişin də təsdiqləyib. O, sərxoş olub, özünü unutsa da, ailənin müqəddəs olduğunu unutmayıb.

Sürücü qadın: “Bacım ailəlidir, onun ailəsi dağılsa, cavab verə biləcəksən? Çəkmə bacımı, o, ailəlidir. Mən dayanmışam, çəkin məni”.

Daha sonra sərxoş qadın polis əməkdaşlarına hədə-qorxu gəlməyə başlayıb. 

Sürücü qadın: “İçkiliyimsə, yaz gedim cəriməmi ödəyim. Çəkil maşının yanından qırağa qaqaş, bu dəqiqə qanımı buralara tökəcəm”.

Sürücü avtomobildən düşmək istəmədiyi üçün əraziyə post patrul xidmətinin əməkdaşları cəlb olunub.

Bəhruz Əhmədov –YPX əməkdaşı: “Sutkanın qaranlıq vaxtında uzaqvuran işıqdan istifadə etdiyi üçün işarə verdik. Sürücü işarəyə məhəl vermədi, hərəkətini davam etdirdi. Qarşıdakı postda saxladı. Məlum oldu ki, sürücü avtomaşını sərxoş halda idarə edir. Sürücü qanunun tələblərinə əməl etmədiyi üçün əlavə əməliyyat qrupu çağırıldı, sürücü və sərnişin bölməyə aparıldı”.

Avtomobil cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalar aparılır.

İlham Məmmədzadə