• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 25.11.2015 19:38

Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  56 yaşlı Mübariz Quliyev idarə etdiyi "Ford" markalı maşınla hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub.  Nəticədə "Ford"un sürücüsü Mübariz Quliyev və "Mercedes"də olan Masallı rayon sakinləri Aidə Ağacanova və onun bacısı qızı, Aynişan Qarazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

Vəfa Şairova