• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2176
— 25.11.2015 19:17

Sumqayıtda 23 yaşlı oğlan faciəvi şəkildə ölüb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, plastik qab istehsal edən sexin dəzgahının arasında bir nəfərin sıxılıb qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 23 yaşlı Nurlan Şirinov dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq ölüb. Xilasedicilər cəsədi çıxarıb aidiyatı üzrə təhvil veriblər.

İlham Məmmədzadə