• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2173
— 25.11.2015 19:37

Mingəçevirdə qanunun tələblərini pozan sürücülər cərimələndi

Mingəçevir Şəhər Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin 

əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Şəhər  ərazisində təşkil olunan reyd zamanı "Yol hərəkəti haqqında" qanunun tələblərini pozan sürücülərin avtomobilləri saxlanılıb. Əsasən təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanıb. Onlar barəsində inzibati qaydada tədbirlər görülüb, cərimələr tətbiq edilib. Buna etiraz edənlərin avtomobilləri cərimə meydançasına aparılıb, inzibati protokollar tərtib edilib. Reydlərin mütəmadi olaraq keçiriləcəyi bildirilir.

Vəfa Şairova