• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 25.11.2015 16:22

Ağstafanın daha 3 kəndi təbii qazla təmin olunub

Rayonun Köçvəlili, Həzi Aslanov və Soyuqbulaq kəndlərinə 24 illik fasilədən sonra mavi yanacaq verilib. Bildirilib ki, 225 abonenti olan Ağstafa rayonunun Köçvəlili kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 916 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətti çəkilib, 225 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 54 abonenti olan Həzi Aslanov kəndinin yenidən qazlaşdırılması üçün isə uzunluğu 4 min 490 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xəttləri çəkilib. Həmçinin Ağstafa rayonunun 33 abonenti olan Soyuqbulaq kəndində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Bununla da Ağstafa rayonunun 38 yaşayış məntəqəsindən 33-ü qazlaşdırılıb. Abonentlərin sayı isə 14 min 62 nəfərə çatdırılıb. Hazırda rayonun qalan 5 kəndinin qazlaşdırılması istiqamətində son tamamlama işləri aparılır.

Rahim İbrahimoğlu