• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 25.11.2015 17:07

“Kəpəz FM”-dən dinləyicilərə xoş xəbər

Regionun ilki “Kəpəz FM” uğurlarını davam etdirməkdədir. Radio kanalı öz yayım dairəsini genişləndirib.

Ölkənin ilk regional radiosu olan "Kəpəz FM" yenilikləri ilə dinləyicilərini sevindirməkdə davam edir. Radionun texniki imkanları genişləndirilərək Ağstafa rayonunda yerləşən Poylu radio-televiziya yayım stansiyasında ötürücü quraşdırılıb. Bununla da noyabrın 24-dən etibarən ölkənin qərb bölgəsinin daha 3 rayonunda dinləyicilər hit musiqiləri və ən yeni xəbərləri dinləyə biləcəklər.

Elnur Abbasov– texniki direktor: “İndiki quraşdırdığımız radiostansiya 102.7 Mhz tezliyində yayımlanacaq. Yayım dairəmiz Azərbaycanın qərb bölgələrini əhatə edəcək. Yəni, Şəmkir, Tovuz, Ağstafa, Qazaxı əhatə edəcək”.

Və beləliklə, artıq bu bölgələrdə də “Kəpəz FM”-i rahatlıqla dinləmək mümkündür. Gün ərzində 6 dəfə - saat 10:00, 12:00, 14:00, 16:00, 18:00 və 20:00-da “Kəpəz xəbər” informasiya buraxılışı ilə ölkədə və bölgələrdə baş verən ən son yenilikləri təqdim edən radio kanalında dinləyicilərin yol hərəkəti qaydaları barədə geniş maarifləndirilməsi məqsədilə həftə içi beş gün saat 17:00-dan 20:00-a qədər “Avtosfera” verilişi də yayımlanır. Hər saat, hər an isə bir-birindən zövqlü yerli və xarici musiqilər dinləyicilərin zövqünü oxşayır.

Xatırladaq ki, artıq Kəpəz FM-i Tovuz, Ağstafa və Qazaxda 102,7  tezliyində dinləmək mümkündür. Gəncə və Gəncəətrafı rayonlarda isə 93,3 tezliyində yayımlanır.

Rahim İbrahimoğlu