• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 25.11.2015 16:04

ATU-da “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı”na dəstək məqsədi ilə tələbələrlə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetində “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı”na dəstək məqsədi ilə tələbələrlə görüş keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyinin də iştirak etdiyi görüşdə diqqətə çatdırılıb ki, gələn il Gəncədə Avropa gənclərinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər, eləcə də böyük layihələr həyata keçiriləcək. Universitetin tələbələri də bu işlərdə fəal iştirak edəcək. Görüşdə ali təhsil ocağının Tələbə Gənclər Təşkilatına səsvermə yolu ilə yeni sədr, eləcə də idarə heyətinin üzvləri seçilib.

Vüqar İsmayılov- Azərbaycan Texnologiya Universitetinin Tədris İşləri üzrə prorektoru: Tələbələrə fürsət vermək lazımdır ki, onlar gələcəyə məqsədyönlü şəkildə hazırlansınlar və öz gələcəklərini dövlətimizin siyasətinə uyğun olaraq qursunlar”.

Elnur Vahidoğlu