• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 02.10.2014 14:07

MTN-nin Mədəniyyət Mərkəzində Beynəlxalq Şahmat Federasiyasının Qran-pri turnirinin üçüncü mövsümünün açılış mərasimi keçirilib

Tədbirdə əvvəlcə Vüqar Həşimova və son illər Azərbaycan şahmatının nailiyyətlərinə həsr edilən videoçarx nümayiş olunub. Sonra Vüqar Həşimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardından rəsmi çıxış edən FİDE prezidenti Kirsan İlyumjinov turnirin yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Tədbirin sonunda püşk atılıb və şahmatçıların ilk turda qarşılaşacağı rəqiblər bəlli olub.