• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3092
— 02.10.2014 12:17

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları keçirilib

İlk oyun günündə olduğu kimi azarkeşlər bu gecə də 4 qrupda 8 oyun izləyiblər. A qrupunda "Atletiko Madrid" doğma meydanda "Yuventus"u sınağa çəkib. Görüşün taleyi 1 qoldan asılı olub. Yeganə dəqiq zərbə 77-ci dəqiqədə Arda Turanın ayağına yazılıb. Türkiyəli futbolçu komanda yoldaşının ötürməsini bir toxunuşla çərçivəyə salaraq Madrid təmsilçisinə minimal hesablı qələbə qazandırıb.

Qrupun digər oyunu da meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Malmö" - Olimpiyakos" qarşılaşmasında hesab 42-ci dəqiqədə açılıb. Rəqib qapıçı və müdafiəçinin səhvindən maksimum yararlanan Markus Rosenborq yumşaq mərmini hədəfə göndərib. Oyunun başa çatmasına 8 dəqiqə qalmış Rosenberq yenidən diqqət mərkəzinə düşüb. Növbəti dəfə fərqlənən hücumçu komandasının 2:0 hesablı qələbəsində böyük pay sahibi olub.

 

B qrupunda "Bazel" və "Liverpul" kollektivləri arasında oynanılan matç sürpriz nəticə ilə yadda qalıb. Görüş ev sahiblərinin qələbəsi ilə sonuçlanıb. 52-ci dəqiqədə standart vəziyyətin davamını məntiqi sonluqla bitirən Marko Ştreller İsveçrə klubuna lazım olan qolu vurub. 1:0

"Ludoqorets" - "Real Madrid" qarşılaşmasında da ilk qol qonaqların qapısından keçib. 6-cı dəqiqədə Marselinyo baş zərbəsi ilə Kasilyasın qoruduğu qapıya yol tapıb. Bir qədər sonra görüşün baş hakimi meydan sahiblərinin əleyhinə onbirmetrlik cərimə zərbəsi təyin edib. Lakin topa yaxınlaşan Kriştiano Ronaldo fürsəti qaçırıb. 24-cü dəqiqədə "kral klubunun" futbolçularına qarşı qayda yenidən pozulub. Növbəti dəfə ağ nöqtəni göstərən referi Ronaldonun fərqlənməsi üçün imkan yaradıb. Zərbəni endirən portuqaliyalı futbolçu bu dəfə şansı boşa verməyib. 77-ci dəqiqədə ispanlar hesabda önə keçib. Kərim Benzema komanda yoldaşlarının əhatəsinə düşərək Reala əzmkar qələbə sevinci yaşadıb.

C qrupunun oyunların çərçivəsində günün ən erkən oyunu Rusiyada baş tutub. İlk turda Portuqaliyada “Benfika”nı 2:0 hesabı ilə məğlub edərək, aktivinə 3 xal yazdıran “Zenit” bu dəfə “Monako” ilə münasibətlərinə aydınlıq gətirib. Oyun başladığı hesabla da yekunlaşıb – 0:0.

Bu qrupda yer alan “Bayer Leverkusen doğma meydanda Benfikayla qarşılaşıb. Oyunun 25-ci dəqiqəsində almanlar Kiblinqlə önə keçiblər. 34-cü dəqiqədə son portuqaliyalıları ikinci dəfə mərkəzə dəvət edib. İlk hissəsi bu hesabla bitən görüşün 62-ci dəqiqəsində Salvio qollardan birinin əvəzini çıxıb. Cəmi 1 dəqiqə sonra isə türk futbolçu Hakan Çalhanoğlu 11 metrlik cərimə zərbəsindən adını tabloya yazdıraraq oyunda son nöqtəni qoyub.

Azərbaycanlı futbolsevərlərin diqqəti  D qrupunun oyunları çərçivəsində Londona yönəlib. İngiltərənin paytaxtında qardaş ölkə Türkiyənin ÇL-də yeganə təmsilçisi “Qalatasaray” “Arsenal”ın qonağı olub. “Dumanlı Albion”a 3 xal arxasınca yollanan İstanbul kollektivi 4:1 hesabıyal məğlub olub. Qarşılaşmanın 22-ci dəqiqəsində Uelbek qol pərdəsini açıb. Az sonra ingilis futbolçu dubl müəllifinə çevirilib. 41-ci dəqiqədə Qalatasaray müdafiədəki kobud səhvlər nəticəsində 3-cü topu qapısından çıxarmalı olub. Bu dəfə Aleksis Sançes türkləri məyus edib. İkinci yarıya sarı-qırmızılılar sürətli başlasa da, ev sahiblərindən 52-ci dəqiqədə Uelbek het-trikini rəsmiləşdirərək hesabı biabırçı həddə çatdırıb. 63-cü dəqiqədə topçuların qapıçısı hücumun qarşısını kobudluqla aldığı üçün qırmızı vərəqəylə cəzalandırılıb və londonluların qapısına penalti təyin edilib. Ələ düşən fürsəti Burak Yılmaz qaçırmayıb. Bu qol həm də görüşdə qapılara vurulan sonuncu dəqiq zərbə olub. Arsenal 4- Qalatasaray 1

D qrupunun digər görüşündə isə “Anderlext” Dortmund “Borussiya”sı üz-üzə gəlib. Oyunun fovariti hesab edilən almanlar belçikalıları çətinlik çəkmədən 3 cavabsız qolla yenib. Qonaqlar artıq 3-cü dəqiqədə İmmobileylə rəqib torunu silkələyiblər. 70 və 79-cu dəqiqələrdə isə Adrian Ramos iki dəfə fərqlənərək borusiyalılara səfərdə 3 xal qazandırıb. Bu qələbəylə Dortmund qrupun vahid lideri olub.

Çempionlar Liqası

II tur

1 oktyabr (çərşənbə)

A qrupu

“Malmö” – “Olimpiakos” - 2:0

Qollar: Rosenberq, 42; 82

 

“Atletiko” – “Yuventus” - 1:0

Qol: Arda, 75

 

Yuventus

2

3

Atletiko

2

3

Malmö

2

3

Olimpiakos

2

3

 

 

B qrupu

“Ludoqorets” – “Real” - 1:2

Qollar: Marselino, 6 - Ronaldo, 25, Benzema 77

 

“Bazel” – “Liverpul” - 1:0

Qol: Streller, 52

 

 

Real

2

6

Liverpul

2

3

Bazel

2

3

Ludoqorets

1

0

 

 

 

C qrupu

"Zenit – “Monako” - 0:0

 

“Bayer” – “Benfika” - 3:1

Qollar: Kiblinq, 25, Son Heunq-Min, 34, Çalhanoğlu, 63-pen - Salvio, 62

 

Zenit

2

4

Monako

2

4

Bayer

2

3

Benfika

2

0

 

 

D qrupu

“Anderlext” – “Borussiya” - 0:3

Qollar: İmmobile, 3, Ramos, 70; 79

 

“Arsenal” – “Qalatasaray” - 4:1

Qollar: Uelbek, 22; 30; 52, Sançes, 41 - Burak, 63

 

 

Borussiya

2

6

Arsenal

2

3

Qalatasaray

1

1

Anderlext

1

1