• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3074
— 02.10.2014 20:37

Paytaxtda bomba həyəcanı yaşanıb

Ötən gecə paytaxtda bomba həyacanı yaşanıb. Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edən şəxs Sahil metrostansiyasına bomba qoyulması barəsində məlumat verib. Daxil olan məlumatdan sonra Bülbül prospekti 13 ünvanda yerləşən metrostansiya Səbail rayon polisi, yanğından mühafizə idarəsinin və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Aparılan axtarışlara baxmayaraq metrodan bomba tapılmayıb. Qeyd edək ki, terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanın vurulması və sair içtimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə 5 ildən-8 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Faktla əlaqədar cinayət işi başlayıb, araşdırmalar aparılır.