• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 02.10.2014 20:26

Abort zamanı daha bir ana ölüb

Bərdədə daha bir ana ölümü baş verib. Arzu olunmaz uşaqdan canını  qurtarmaq istərkən ana özu canından olub.

Abort zamanı daha bir ana ölüb. Hadisə Bərdə rayon mərkəzi xəstəxanasının Ginekoloji şöbəsində qeydə alınıb. Rayonun  Cəyirli kənd sakini  34 yaşlı Sitarə Şahbazova  4 aylıq  hamiləlikdən  azad olmaq  üçün  rayon  mərkəzi xəstəxanasının  həkiminə müraciət edib. Həkim  içəridə abort edən zaman xəstənin halı pisləşib və o dünyasını dəyişib.  Xəbəri eşidib xəstəxanaya gələn  mərhumun yaxınları isə gəlinin dünyasının dəyişməsinin  səbəbini həkimdə görürlər.

Belə ki, onlar iki uşaq anası olan mərhumun heç bir sağlıq problemi olmadığını  və abort  zamanı həkimin onu öldürdüyünü bildirirlər .

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.