• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2961
— 18.11.2015 17:21

Dövlət Miqrasiya Xidməti Qazaxda “Açıq qapı günü” keçirib

İştirakçıların nəzərinə çatdırılıb ki, qurumun “ASAN xidmət” mərkəzlərində bir neçə xidmət növü təqdim olunur. Bunlar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsidir.  Ölkədə qalma müddətinə müvafiq olaraq cari ilin 10 ayı ərzində 589.454 nəfər olduğu yer üzrə qeydiyyata alınıb, 22.886 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə, etibarsız sənədlərlə yaşama faktlarına görə, inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. “Açıq qapı günü”ndə elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə izah olunub. 11 elektron xidmətdən 10-nun elektron hökumət portalına qoşulduğu vurğulanıb.  

Rahim İbrahimoğlu