• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2961
— 18.11.2015 17:20

Gəncədə gəncləri narkomaniyanın zərərləri barədə məlumatlandırmaq üçün tədbir keçirilib

Gəncə Texniki Kollecində gəncləri narkomaniyanın zərərləri barədə məlumatlandırmaq üçün tədbir keçirilib. "Narkomaniya əsrin bəlasıdır" adlı tədbirdə Nizami Rayon Polis İdarəsinin əməkdaşları narkotik maddələrin yarada biləcəyi dəhşətli fəsadlardan söz açıblar. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Bu kampaniya xarakterli deyil, davamlı siyasətdir. Bü yöndə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılıb.  

Ədalət Sadıqov -Nizami Rayon Polis İdarəsinin rəisi: "Məqsədimiz bəlanın ağır nəticələrini gənclərimizə çatdırmaq, onları bu yollardan çəkindirmək, eyni zamanda onların narkomaniyaya qarşı mübarizədə iştirakını təmin etməyə çalışmaqdır".

Vəfa Şairova