• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 18.11.2015 12:23

Qış mövsümündə Gəncə Avtovağzalından sərnişinlərin daşınmasında problem olmayacaq

Qış mövsümü ilə əlaqədar “1 saylı Gəncə Regional Nəqliyyat” MMC tərəfindən şəhərdaxili və şəhərlərarası sərnişindaşıma fəaliyyət göstərən qurumlara tabeliklərindəki nəqliyyat vasitələrini hazır vəziyyətə gətirməsi tapşırılıb. Gəncə Avtovağzalından bildirilib ki, qışda sərnişinlərin daşınmasında heç bir problem olmayacaq. 

Tapşırığa uyğun olaraq şəhərdaxili sərnişindaşıma xidməti göstərən  aidiyyəti firmalar nəqliyyat vasitələrini texniki baxışdan keçirərək saz vəziyyətə gətiriblər. Avtomobillərin şinləri dəyişdirilərək qış şinləri ilə əvəz olunub. Hazırlıq işləri Gəncə Avtovağzalında da həyata keçirilib. Avtomobillərin texniki vəziyyəti yoxlanılıb, yararsız ehtiyat hissələri dəyişdirilib.  

Sərxan Abbasov- Gəncə Avtovağzalının dispetçeri: “Təkərlər, yağlar, dəyişdirilib. Maşınların hamısı saz vəziyyətdədir. Nasaz avtomobillər ümumiyyətlə, xəttə buraxılmır. Sərnişinlər istiqamətlər üzrə hərəkətlərini rahat şəkildə davam etdirəcəklər”.  

Aparılan hazırlıq işləri nəticəsində qarlı və şaxtalı havalarda avtovağzaldan sərnişinlərin daşınması zamanı ləngimələrin yaşanmayacağı gözlənilir. Gələn ildən etibarən nəqliyyat vasitələrinin yenilənməsi də nəzərdə tutulur.

Elton Cabbarlı