• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 02.10.2014 15:18

Gəncə idmanına ağır itki üz verib

Tanınmış uşaq futbolu məşqçisi Tariyel Məmmədov vaxtsız vəfatı ilə onu tanıyanları kədərləndirib.

Mütəxəssis 56 yaşında dünyasını dəyişib. Onun şəhərimizdə uşaq futbolunun inkişafında əvəzsiz xidmətləri olub. İlham Səmədovla birlikdə rəhbərlik etdiyi komandalar müxtəlif illərdə Azərbaycan birinciliyinin mükafatçıları arasında yer alıb.

Gəncə futbol ictimaiyyəti Tariyel Məmmədovun qəflətən vəfat etməsindən sarsılıb.  Məmmədovun ölüm xəbəri onunla çiyin-çiyinə işləyən məşqçi yoldaşları və yetirmələri ilə yanaşı azarkeşlərə də pis təsir edib. Bu xəbər fanatlar üçün üzücü olub.

32 il məşqçi kimi Gəncə futbolunun uğurları üçün çalışan Tariyel Məmmədov Vasif  Vəliyev, Vüsal Hüseynov və Etibar İbrahimov kimi futbolçular yetişdirib. Futbolun sirlərini ondan öyrənən,  əməyindən bəhrələnən adı çəkilənlər hazırda məşqçi qismində çalışaraq Tariyel müəllimin yolunu davam etdirirlər.