• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 17.11.2015 20:47

Gəncə Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə tədbir keçirilib

Universitetin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxışla başlayıb. Daha sonra ali təhsil ocağının akt zalında gənclərin iştirakı ilə bədii hissə baş tutub. Tələbələrin ifasında milli və xarici mahnılar səsləndirilib, şeirlər ifa olunub.

Pərvin Kərimzadə - GDU-nun prorektoru: "Bu tədbirdə universitetimizin ən istedadlı gəncləri öz bacarıqlarını nümayiş etdirdilər. Rəsmlər, şeirlər... Sonda hər birinə fəxri fərman verildi. Biz də bütün tələbələri Beynəlxalq Tələbə Günü münasibətilə ürəkdən təbrik edirik".

 

Zülfiyyə Telmanqızı