• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2224
— 02.10.2014 12:03

Fermerlər çəkdikləri əməyin hədər olmaması üçün nə etməlidirlər?

Hazırda bir çox kənd təsərrüfatı məhsullarının payız yığımı yerinə yetirilir.  Təsərrüfatçı Rasim Nəbiyev sahib olduğu 35 hektar torpaq sahəsində əsasən intensiv üsullarla meyvə və tərəvəz becərir. Onun sözlərinə görə, əksər fermerlər dədə-baba qaydası ilə becərmədə çox şey itirirlər. Ona görə də məhsuldarlıq aşağı olur. İntensiv əkinçilikdə isə məhsuldarlıq yüksək olur.

Rasim Nəbiyev- fermer: "Pomidorun yerdə əkilib becərməsini dayandırmaq zamanıdır. Kol müəyyən ağaca, qarğıya, nəyəsə bağlanmalıdır. O yuxarı qalxaraq bir neçə dəfə bağlamaq şəraitində becərilməlidir. Bu üsulla həm onda xəstəliklər az olur və ziyanvericilər təsir etmir. Həm də məhsuldarlıq çox olur".

Müsahibimizin sözlərinə görə, bir çox fermerlər yüksək məhsul əldə etmək üçün xaricdən toxum gətirir. Ancaq bu toxumların hansı iqlim şəraitinə uyğunlaşdığını, becərilmə qaydalarını bilmədikləri üçün  çəkdikləri  zəhmət hədər olur.

Rasim Nəbiyev- fermer: "Sırf yerli sort yoxdu. Bu zonada hazırda Türkiyədən gələn 22-74-dü əkilir. Onun dözümlülüyünə görə edirlər. Daşınması asandı. Amma dad keyfiyyəti aşağıdır. Başqa sortlar da gətirmək çətindir. Kimsə tanışlıqla gətirir. Amma pomidorun toxumunu tutmaq da çətindir".

Rasim Nəbiyev bildirir ki, toxumluq üçün nəzərdə tutulan bitkinin əkildiyi sahə digər sahələrdən 200 m kənarda yerləşməlidir. Əks halda yanlış tozlanma nəticəsində cır sort yaranır.

Aidə Ramizqızı