• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 13.11.2015 23:06

Qazaxda sərnişin avtobusu “Opel”lə toqquşub, 1 nəfər ölüb

Qazaxda yol-nəqliyyat qəzası baş verib, sürücü hadisə yerində dünyasının dəyişib. Yol qəzası Bakı-Qazax avtomagistralının  511-ci kilometrliyində, Qazax rayonu 2-ci Şıxlı kəndi ərazisində qeydə alınıb. 50 yaşlı İntiqam Zeynalovun idarə etdiyi sərnişin avtobusu ilə Şıxlı kənd sakini 43 yaşlı Fərman Musayevin sürücüsü olduğu “Opel” toqquşub. Nəticədə "Opel"in sürücüsü Fərman Musayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Rahim İbrahimoğlu