• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 13.11.2015 16:49

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun nümayəndələri Göygöldə əsgərlərlə görüşüblər

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun nümayəndələri 12 noyabr - Konstitusiya Günü münasibətilə Göygöldə ön cəbhədə yerləşən hərbi hissənin  əsgərləri ilə görüşüblər. 2011-ci ilin dekabr ayından fəaliyyət göstərən Gənclər Fondunun kollektivi  indiyə kimi hərbçilərlə 8 müxtəlif görüş keçirib.

Zabit və əsgərlərin qarşısında çıxış edən fond nümayəndələri Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi tarixindən, eləcə də bu ali sənədin mahiyyətindən danışıblar. Konstitusiya ilə təsbit olunan hüquq və vəzifələrdən söz açılıb. 

Fərhad Hacıyev- Azərbaycan Prezidenti Yanında Gənclər fondunun icraçı direktoru: “Gənclər Fondu olaraq həmişə ölkəmizin əlamətdar günlərində hərbi hissələrə səfər edirik, əsgərlərlə görüşürük. İstər Novruz bayramında, istər Milli Həmrəylik Günündə, eyni zamanda Konstitusiya Günündə və digər əlamətdar günlərdə biz əsgərlərə baş çəkirik, onlarla fikir bölüşürük. Onların şəraiti ilə tanış oluruq, istəklərini bölüşürük. Çalışırıq ki, onlarla bir yerdə olduğumuzu göstərək”.

Əsgərlər isə belə əlamətdar gündə onları yaddan çıxartmadıqları üçün Fond nümayəndələrinə təşəkkürlərini çatdırıblar.

Taleh Eynullayev- əsgər: “Bu əlamətdar gündə bizi yad elədiyiniz üçün, bizi yaddan çıxartmadığınız üçün minnətdarlığımızı bildiririk. Bizə hiss elətdirdiniz və sübüt etdiniz ki, biz, heç kimin yadından çıxmamışıq, əsgər daima diqqət mərkəzindədir. Havanın  soyuq olmasına baxmayaraq, gəlib bizi yad elədiniz. Biz öz ordumuza güvənirik. İnşallah gələn görüşləri Kəlbəcərdə, Şuşada, Laçında keçirərik”.  

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun kollektivi əsgərlərə gətirdiyi yun corab, əlcək, digər isti geyimləri, həmçinin  idman ləvazimatlarını onlara  təqdim edib. Sonda qonaqlarla hərbçilər arasında şahmat, dama və domino üzrə yoldaşlıq görüşü keçirilib.

 

Elnur Vahidoğlu