• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 13.11.2015 16:02

10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən 2015-ci ilin 9 ayının hesabatı verilib

10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən bu ilin 9 ayı ərzində aparılan yoxlamalar nəticəsində ümumilikdə 69 akt, 13 inzibati protokol tərtib edilib. İcrası məcburi olan iş üzrə 54 göstəriş verilib. 13 iş üzrə 17200 manat cərimə tətbiq edilib. Həmçinin, ətraf mühitə dəyən ziyanla bağlı 5 iş üzrə 292 manat məbləğində iddia qaldırılıb və onlardan 254 manatının ödənilməsi təmin edilib. Yol verilən qanun pozuntularına görə tədbir görülməsi üçün polis orqanlarına 5 iş ünvanlanıb. İcra idarələrinə göndərilən 8 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb. Bununla yanaşı, ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilməsi üçün ayrı-ayrı sahələrə bölünməklə 499 iş üzrə 38 min 791 manat ödəmə tətbiq edilib. Ümumilikdə isə bu ilin 9 ayı ərzində ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 40 min 121 manat vəsait ödənilib.

İlkin Hacıyev- 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin baş məsləhətçisi: “Doqquz ay ərzində həmçinin təhsil müəssisələri və səhiyyə ocaqlarında ümumilikdə 53 təbliğat işi görülmüşdür. Bununla yanaşı 71 qurumuş ağacla bağlı müraciət daxil olmuşdur. Həmin müraciətlərə əməkdaşlarımız tərəfindən baxış aktları tərtib edilib və Dövlət Ekspertiza Fonduna göndərilib”.  

Xaliq Qurbanlı