• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 13.11.2015 16:13

ADAU-nun müəllim və tələbələri universitetin ətrafına ağac əkiblər

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri universitet ərazisindəki boş ərazilərə ağac əkiblər. Əvvəlcə ərazidə olan qurumuş  ağaclar kəsilərək götürülüb. Həmin sahəyə öncədən ümumi uzunluğu 200 m-dən artıq olan yeni su xətti çəkilib. Ali təhsil ocağının 50-dən çox müəllim və tələbəsi əraziyə 2000-dən artıq şam ağacı əkib. Bundan əvvəl də universitetin müxtəlif korpuslarının həyətyanı sahəsinə ümumilikdə 10 minə yaxın ağac əkilib. Yaşıllaşdırma marafonunun ilin sonuna kimi davam etdirilməsi nəzərdə tutulur.

Nizami Seyidəliyev- ADAU-nun prorektoru: “Məlumdur ki, respublikanın hər yerində ağacəkmə marafonu həyata keçirilir. Eləcə də bu marafon Gəncə şəhərinin hər yerində aparılır. Bu baxımdan da ADAU-ya mənsub olan boş ərazilərdə ağacəkmə kampaniyası həyata keçiririk. Əsas məqsəd, ətraf mühitin ekoloji cəhətdən mühafizəsi və təbiətin qorunmasıdır”.    

Elton Cabbarlı