• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 11.11.2015 13:54

Qazaxda yeni subtropik bitkinin yetişdirilməsinə başlanılıb

Kivi qərb rayonları üçün xarakterik olmasa da artıq bu bölgədə də onun yetişdirilməsinə başlanılıb. Qazax sakini illər öncə əkdiyi bitkidən bu il məhsul götürüb.

Qarabağ müharibəsində gözlərini itirən Qazax sakini Saleh Həsənov  kivininin tinglərini 6 il öncə Lənkərandan gətirib. Ailəsinin, övladlarının köməyi ilə kiviyə qulluq edərək onu ilk dəfə olaraq Qazax rayonunda yetişdirə bilib. Subtropik bitki, bu il bol məhsul verib. Belə ki, rayon sakini subtropik bitkidən 30 kiloqrama yaxın məhsul yığıb.

Qazaxda kivinin yetişməsi Saleh Həsənovun qohum və qonşularının da marağına səbəb olub. Artıq bitkinin tinglərindən aparıb həyətində əkmək istəyənlər də var.

Saleh Həsənov əsasən cənub bölgəsində yetişdirilən bitkinin istənilən rayonda əkilə biləcəyini deyir. Bitkilər kimyəvi gübrələnmə tələb etmədiyindən iqtisadi cəhətdən də səmərəlidir.

 

Rahim İbrahimoğlu