• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1355
— 02.10.2014 03:36

Pentensiar xidmətin əməkdaşı Gəncədə qəza törədib

Gəncədə sərxoş sürücünün avtomobili yüksək sürətlə idarə etməsi qəza ilə nəticələnib. Hadisə zamanı 3 nəfər xəsarət alıb.  Ağır yol nəqliyyat hadisəsi gecə saat 1 radələrində baş verib. Belə ki, şəhər sakini 34 yaşlı Anar Rəhimov idarə etdiyi “KİA OPTİMA” markalı avtomobillə Heydər Əliyev prospekti ilə üzü mərkəz istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxıb və bardürləri aşaraq hasara çırpılıb. Qəza nəticəsində sürücü və sərnişinlər 35 yaşlı Etibar Məmmədov, eləcədə 35 yaşlı Rövşən Həsənov ağır bədən xəsarələti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasını travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində zərəçəkmişlərin həyatı təhlükəsi aradan qaldırılıb. Ağır vəziyyətdə olan Etibar Məmmədov isə reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərini sözlərinə görə, qəzaya yüksək sürət və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etməsi səbə olub. Qeyd edək ki, KİA-nın sürücüsü Anar Rəhimov Pentesiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində çalışır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.