• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3364
— 01.10.2014 19:05

Gəncədə diqqətsiz sürücü yol qəzasına səbəb olub, xəsarət alanlar var

Bu gün saat 18:00 radələrində Gəncənin Təbriz və Cavad bəy Rəfibəyli küçələrinin kəsişməsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza   hadisəsi baş verib. Belə ki, şəhər sakini Elçin Musayevin idarə etdiyi "VAZ  21011" markalı avtomobil işıqforun yaşıl işığında yolu keçmək istəyərkən Cavad bəy Rəfibəyli küçəsindən gələn "Mercedes"lə toqquşub. Toqquşma nəticəsində "Mercedes" bir neçə metr arxaya sürüşüb və səki ilə gedən Mehriban Həsənovanı vurub. Hadisə nəticəsində xəsarət alan "VAZ"-ın sürücüsü və piyada dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Zərərçəkmişlərə ambulator yardım göstərildikdən sonra onlar evə buraxılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.