• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 09.11.2015 13:02

ADAU-da payız semestr imtahanı test üsulu ilə kompüter vasitəsilə keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində qiyabi şöbədə təhsil alan II kurs tələbələri üçün payız semestrinin imtahan sessiyası başa çatıb. Noyabrın 5-7-də keçirilən imtahanlarda 468 tələbə iştirak edib. “Elektron universitet” lahiyəsi çərçivəsində imtahanlar test üsulu ilə kompüter vasitəsilə keçirilib. Bu məqsədlə universitetin korpuslarından birində 150-dən artıq kompüter dəsti quraşdırılıb. İmtahanı bitirən tələbələr əldə etdikləri nəticələr barədə dərhal məlumat alıblar. İmtahanlarda iştirak edən tələbələrin 50 faizdən çoxu 75-dən yuxarı bal toplayıb. Yalnız 4 tələbə qiymət ala bilməyib.

Ruslan İsmayılov- tələbə: “İmtahan mənim üçün asan keçdi. Çünki mən imtahanlara öncədən hazırlaşmışdım. 50 sualdan 47-nə düzgün cavab verə bildim. Heç bir çətinlik və heç kəs mane olmadan çox gözəl qaydada imtahan keçdi”.

Leyla Aydınova- tələbə: “Nəticələr yaxşı oldu. Bununla yanaşı imtahanların test üsulu ilə keçirilməsi yaxşıdır ki, biz qısa müddət ərzində imtahanlara yaxşı hazırlaşa bilirik. Ümumilikdə nəticədən razı qaldım”.

Gülnar Fazilqızı