• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 07.11.2015 16:59

Gəncədə Üzeyir Hacıbəyov yaradıcılığına dair konfrans keçirilib

Gəncə Musiqi Kollecində dahi Azərbaycan bəstəkarı, musiqişünas-alim, yazıçı, publisist, ictimai və siyasi xadim, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunan elmi- metodiki konfrans keçirilib. Əsas məqsəd Üzeyir Hacıbəyli yaradıcılığına müasir baxışla nəzər salmaq, Azərbaycan musiqisinin atası hesab edilən bəstəkarı gənc musiqiçilərə daha da sevdirmək olub. Gəncə və ətraf 15 rayonda fəaliyyət göstərən musiqi məktəblərindən müəllim və şagirdlərin iştirak etdiyi, 3 hissədən ibarət konfransda dahi bəstəkarın həyat və yaradıcılığına nəzər salınıb. Daha sonra bəstəkarın əsərləri səsləndirilib. Konfrans öz işini digər rayonlarda da davam etdirəcək.

 

Elton Cabbarlı