• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 07.11.2015 14:49

Gədəbəydə quldurluq edən dəstə üzvləri Şəmkirdə saxlanılıb

Şəmkir polisi Gədəbəy sakinlərinə qarşı quldurluq edən dəstə üzvlərini saxlayıb. Quldurluq hadisəsi oktyabrın 15-də baş verib. Naməlum şəxslər Gədəbəy rayon sakini, Slavyanka kəndində yaşayan Zakir Rüstəmovun evinə girib, onu, gəlini Səidəni və nəvəsi Cabbarı bıçaqla hədələyərək əl və ayaqlarını, ağızlarını yapışqanlı lentlə bağlayıblar. Onlar evdən 4300 manat, 300 ABŞ dolları və qızıl əşyalar aparıblar. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri Ramil Haqverdiyev, Aydın Rüstəmov, Firdovsi Kərimov saxlanılıb. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, dəstə üzvləri 5 nəfərdən ibarət olub. Onlar Gəəbəylə yanaşı, Şəmkirdə də analoji cinayətlər törədiblər. Dəstənin digər iki üzvünün tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

 

Natiq Hüseyn