• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 973
— 01.10.2014 13:01

Samuxda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayondakı abidəsini ziyarət edib. Daha sonra Heydər Əliyev mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. Tədbirdə çıxış edənlər prokurorluq işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, prokurorluq əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən il Samux rayon Prokurorluğu üçün istifadəyə verilən  yeni inzibati bina bu qayğının təzahürü kimi qiymətləndirilib.