
Azərbaycan Texnologiya və Azərbaycan Dövlət Aqrar Universitetləri ilə Fransanın Yuxarı Alzas Müluz Universiteti arasında elmi əməkdaşlıq barədə memorandum imzalanıb. Heydər Əliyev mərkəzində keçirilən imzalanma mərasimində tədbir iştirakçılarına həmin universitetlərin əldə etdiyi nailiyyətlər, perspektivli layihələr haqqında məlumatlar diqqətə çatdırılıb. Gəncədə keçirilən şərab festivalı çərçivəsində qəbul edilən memorandumda universitetlərin xüsusilə üzümçülük və şərabçılıq sahələri üzrə əməkdaşlığı nəzərdə tutulur. Bu sahələrin ən son texnologiyalar əsasında inkişafı və digər məsələlər elmi cəhətdən birgə araşdırılacaq.
- Baxış: 1809