• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 16.09.2014 17:35

Gəncədə 200 taksi sürücüsünə protokol tərtib edilib

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsindən verilən məlumata görə, ay ərzində keçirilən reydlər nəticəsində fərqlənmə nişanı almayan 200-ə qədər taksi sürücüsünə inzibati xəta haqqında protokol tərtib edilib. Qanunun tələblərinə müvafiq olaraq rayon daxilində taksi ilə məşğul olmaq istəyən sürücülər fərqlənmə nişanı almaq üçün 14 manat 50 qəpik ödəməlidir ki, bunun da 9 manatı vergi, 5 manat 50 qəpiyi isə tibbi müayinə üçündür. Gəncə və digər şəhərlərdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün isə 19 manat 50 qəpik ödənilməlidir. Bu məbləğin isə 13 manat 50 qəpiyi vergi, 6 manatı isə tibbi müayinə üçün nəzərdə tutulur. Bu arada bildirək ki, yaxın müddətdə Gəncə şəhərinə ilkin olaraq 150-200 arası müasir standartlara cavab verən taksilərin gətirilməsi nəzərdə tutulur. Artıq bunun üçün danışıqlar aparılır.