• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 04.11.2015 22:38

Gəncədə çay evində partlayış baş verib

Gəncə şəhəri Mirzə Abbas Abbaszadə 82 ünvanında Elton Əlizadəyə məxsus çay evində partlayış qeydə alınıb.Partlayış çay evinin 20 kvadratmetrlik mətbəxində baş verib. Orada olan mebel yararsız hala düşüb. Partlayış zamanı çay evində bir neçə müştəri olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə dərhal Qaz Qəza Xidmətinin və FHN-in əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, partlayışa səbəb kiçik həcmli qaz balonundan qazın sızması olub. Hazırda partlayışın dəqiq səbəbləri araşdırılır.

Natiq Hüseyn