• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3981
— 04.11.2015 14:28

Ölkədə quş qripinə qarşı monitorinqlərə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti  noyabrın 2-dən başlayaraq ölkədə köçəri quşların miqrasiyasını nəzərə alaraq quş qripinə qarşı monitorinqlərə başlayıb. Gəncə Şəhər Baytarlıq İdarəsinin əməkdaşları da bununla əlaqədar olaraq fərdi və fermer təsərrüfatlarında saxlanılan, həmçinin ətraf rayonlardan gətirilərək bazarlarda satışa çıxarılan ev quşlarından qan nümunələri götürüb. Baytarlar həmçinin şəhər bazarlarında satışa çıxarılan heyvan ətinə də baxış keçiriblər. Yoxlamalarda neqativ hal qeydə alınmayıb. İdarədən epizootik vəziyyətin sabit olduğu bildirilib.