• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 01.10.2014 10:22

Bu gecə Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq

İlk turda olduğu kimi azarkeşlər yenə 4 qrupda 8 oyuna tamaşa edəcəcəklər. Azərbayan futbolsevərləri üçün əsas diqqət Londona yönələcək. İngiltərənin paytaxtında qardaş ölkə Türkiyənin ÇL-də yeganə təmsilçisi “Qalatasaray” “Arsenal”ın qonağı olacaq. Qrupun start matçında İstanbulda “Anderlext”in müqavimətini qıra bilməyən “Cim-Bom” bu dəfə “Dumanlı Albion”a 3 xal arxasınca gedib.

 

D qrupunun digər görüşündə isə Belçikanın “Anderlext” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gələcək. Oyunun favoriti hesab edilən almanların gənc heyət qarşısında çətinliklərlə üzləşəcəyini qabaqcadan söyləmək olar.

 

4 dəfə ÇL-nin qalibi olan “Real” isə səfərdə “Ludoqorets”i sınağa çəkəcək. “Bazel” evində”Liverpul”u, “Atletiko” “Yuventus”u, “Bayer” “Benfika”nı qəbul edəcək.

 

Günün ən erkən oyunu isə Rusiyada baş tutacaq. İlk turda Portuqaliyada “Benfika”nı 2:0 hesabı ilə məğlub edib, aktivinə 3 xal yazdıran “Zenit” bu dəfə “Monako” ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Çempionlar Liqası

II tur

1 oktyabr (çərşənbə)

A qrupu

23:45 “Malmö” – “Olimpiakos”

23:45 “Atletiko” – “Yuventus”

 

Yuventus

1

3

Olimpiakos

1

3

Atletiko

1

0

Malmö

1

0

 

 

B qrupu

23:45 “Ludoqorets” – “Real”

23:45 “Bazel” – “Liverpul”

 

Real

1

3

Liverpul

1

3

Ludoqorets

1

0

Bazel

1

0

 

 

C qrupu

21:00 “Zenit – “Monako”

23:45 “Bayer” – “Benfika”

 

Zenit

1

3

Monako

1

3

Bayer

1

0

Benfika

1

0

 

 

D qrupu

23:45 “Anderlext” – “Borussiya”

23:45 “Arsenal” – “Qalatasaray”

 

 

Borussiya

1

3

Anderlext

1

1

Qalatasaray

1

1

Arsenal

1

0