• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3406
— 01.10.2014 10:27

Tovuzlu taekvondoçular Qəbələdə keçirilən Respubilka oyunlarında 4 medal qazanıblar

Yarışa 9 idmançı ilə qatılan komanda üzvləri 1 gümüş və 3 bürünc mükafat əldə edib. Balakən rayonunda keçirilən zona birincliyindən final mərhələsinə vəsiqə qazanan idmançıların uğurlu çıxışı Qəbələdə də davam etdirməsi məşqçi Coşqun Nadirovu sevindirməyə bilməz. Məşqçi medallar sırasında baş mükafatın olmamasını idmançıların təcrübəsizliyi ilə əlaqələndirsə də, nəticəni qənəatbəxş sayır.

Tovuz idmançılarından ən yüksək nəticəni Şahin Məhərrəmov göstərib. O, gümüş, komanda yoldaşı Mirəli Əliyev isə bürünc medal qazanıb. 

Tovuzlu taekvandoçular beynəlxalq turnirə də dəvət alıblar. İdmançılar Rusiya və İranda düzənlənəcək yarışda iştirak edəcək.

Rahim İbrahimoğlu