• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3709
— 03.11.2015 16:07

GDU-nun 150 tələbəsi İDEA könüllüsü statusu alıb

300 gənc könüllü ilə fəaliyyətdə olan Gəncə Resurs Mərkəzi İDEA İctimai Birliyi tərkibini genişləndirməyi hədəfə alıb. Gəncə Dövlət Universitetinin birinci kurs tələbələrilə görüşün məqsədi də bu olub. Təşkilat anoloji tədbiri Gəncədə yeləşən digər ali təhsil ocaqlarında da reallaşdırmağı planlaşdırır. GDU-nun I kurs tələbələrindən ibarət 150 gənc İDEA könüllüsü statusunu alıb. Daim yeni layihələrə imza atan İDEA-dan daha bir yenilik də gözlənilir. Belə ki, könüllülərin sırasına məktəblilər də qoşulacaq.  

Könül Zeynalova- Gəncə Resurs Mərkəzi İDEA İB-nin koordinatoru: "Bizim hər ay seminarlarımız olur. Könüllülərimizin maarifləndirilməsi yönündə çalışırıq. Ağacəkmə marafonumuz, təmizləmə aksiyalarımız, təbiətin mühafizəsinə dair kampaniyalarımız olur. Bu il tələbə könüllülərimiz ilə məktəbliləri birləşdirməyi hədəfə almışıq. Daha çox məktıblilər arasında tədbirlər keçirmək istəyirik ki, azyaşlılar erkəndən o yöndə inkişaf etsinlər".

Gülnar Fazilqızı