• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 03.11.2015 16:14

ADAU-nun müəllimləri fəxri adlara layiq görülüblər

Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə fəxri adlara Azərbaycan Dövlət Aqrar Universitetinin 2 müəllimi də layiq görülüb. Bu məqsədlə ali təhsil ocağında təşkil olunan tədbirdə “Əməkdar müəllim” adına layiq görülən universitetinin professoru Elxan Məmmədov və Əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Azad İbrahimova uğurlar arzulanıb. Respublikada aqrar sahə üzrə kadr hazırlayan ali təhsil ocağının əməkdaşlarının peşəkarlığının artırılması maddi və texniki bazanın yaxşılaşdırılması üçün görülən işlər diqqətə çatdırılıb.

Elxan Məmmədov- ADAU-nun professoru: "Bundan sonra çalışacağam ki, mənə verilən bu adı layiqincə daşıyım. Ömrümün axırına kimi bu ali təhsil ocağında tələbələr yetişdirəcəyəm”. 

Azad İbrahimov- ADAU-nun kafedra müdiri: "Öz minnətdarlığımı bildirirəm və gələcəkdə bu sahəni daha da genişləndirəcəyəm. Aqrar sahədə kadr hazırılığında yeni üsullardan istifadə edəcəyik".

Vəfa Şairova