• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3707
— 03.11.2015 12:53

Goranboyda ağır yol qəzası: 2 nəfər yaralıdır

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonu, Goran qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Sumay Əhmədov idarə etdiyi, Gürcüstandan-Bakı istiqamətinə hərəkətdə olan “Mercedes” markalı avtomobili qarşıdakı yük maşınına çırpıb. Nəticəsə “Mercedes” yol kənarındakı dəmir maneəyə çırpılıb və aşaraq, 20 metr aralıya düşüb. Ağır bədən xəsarətləri alan sürücü və sərnişini Fuad Məmmədov Goranboy Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilən xəstələrin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Xaliq Qurbanlı