• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2402
— 01.10.2014 10:19

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında ikinci mərhələnin oyunları başlayacaq

İtaliyanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında dünya çempionatında iki günlük fasilədən sonra bu gün ikinci mərhələnin oyunları başlayacaq.

İlkin qrup mərhələsini 4-cü yerdə başa vuran millimiz də bu gün meydana çıxacaq. Komandamız A qrupunu lider kimi adlayan ev sahibləri ilə üz-üzə gələcək. İlk 5 turda yalnız Dominikan Respublikasına 2:3 hesabı ilə uduzan təşkilatçı ölkənin voleybolçuları komandamız üçün çox ciddi rəqiblərdən biri sayılır.

 

Bari şəhərinin "PalaFlorio" salonunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, II qrupda hər bir yığmaların ilk mərhələdə "4-lük" komandaları ilə matçlarda qazandıqları xallar da saxlanılır.

 

II qrup mərhələsi

E qrupu

1 oktyabr

I tur

23.00 İtaliya - Azərbaycan

Bari. "PalaFlorio" salonu.

 

Çin

3

3

0

9-2

258-204

8

Italiya

3

2

1

8-4

266-217

7

Dominikan R

3

3

0

9-6

323-303

6

Yaponiya

3

1

2

7-7

293-300

5

Belçika

3

1

2

4-6

227-226

3

Xorvatiya

3

1

2

5-8

244-296

3

Azərbaycan

3

1

2

3-8

202-250

2

Almaniya

3

0

3

5-9

281-298

2