• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3686
— 03.11.2015 11:57

Gədəbəydə 37 yaşlı qadını qonşunun uşaqları döyüblər

Gədəbəy rayon Əmiraslanlı kənd sakini, 37 yaşlı Nəzakət Məmmədova kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin əzniyi diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Zərərçəkənin sözlərinə görə, o, yaşadığı kənddə qonşularının uşaqları tərəfindən döyülüb. Onun bağına girərək meyvə yığan uşaqlara iradını bildirən qadın onlar tərəfindən döyülüb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xaliq Qurbanlı