• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3681
— 03.11.2015 11:22

Qazaxda qonşunu qarət edən əmioğlular qanundan qaça bilmədilər

Qazaxda Xanlıqlar kənd sakini Nemət Mustafayev, əmisioğlu Dərvişlə birgə spirtli içki içərək sərxoş olduqdan sonra yaxın qonşusu Nadir Məmmədova məxsus mağazanı qarət edib. Mağazaya daxil olan qohumlar oradan 536 manat dəyərində tütün məmulatları və spirtli içkilər götürdükdən sonra qonşunun həyətinə giriblər və 200 litr benzin oğurlayıblar. Qazax polisinin axtarış tədbirləri ilə saxlanılan şəxslər oğurluqla əldə etdikləri qəniməti satmağa macal tapmayıblar. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma davam edir.

Rahim İbrahimoğlu